Milli ordumuzun bir əsgəri ağır yaralanıb
13 Mart 2010 Şənbə 21:00
Güllə əsgərin ürək nayihəsindən dəyib
Ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun işğal altındakı Qaraxanbəyli kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində Milli ordumuzun əsgəri, Beyləqan rayonundan olan Qasımov Seymur Telman oğlu ağır yaralanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güllə onun ürək nayihəsindən dəyib. Hazırda əsgər ərazidəki hərbi hospitaldadır, onun vəziyyəti ağır olaraq qalır. Atışma nəticəsində ermənilərin daha çox itki verdiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: