Milli Məclisdə müzakirə olunacaq qanun layihələri açıqlanıb
28 Sentyabr 2011 Çərşənbə 18:26
Akif Təvəkküloğlu: “Hamımızın çoxdan gözlədiyi və hamı üçün vacib olan “Təhsil krediti haqqında” qanun da payız sessiyasına salınıb”.
Milli Məclis sentyabrın 30-da öz işinə başlayacaq, Payız sessiyasının gündəliyinə ilkin olaraq 14 qanun layihəsi daxil edilib. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun sözlərinə görə, sessiya gedişində bu rəqəmin artması istisna deyil. Qanun layihələri arasında “Pasiyentin hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və digər sənədlər daxildir. Müzakirəyə çıxarılacaq layihələr arasında Şəhərsalma və tikinti Məcəlləsi və Rəqabət Məcəlləsi xüsusi maraq doğurur.

Payız sessiyasında həmçinin elm və təhsillə bağlı mühüm qanunların qəbul edilməsi gözlənilir.

Akif Təvəkküloğlunun sözlərinə görə, bu sessiyada “Ali təhsil haqqında”, “Elm haqqında” və digər bu sahəli qanunların qəbulu, işlənib hazırlanması nəzərdə tutulur: “Bunlardan “Ali təhsil haqqında” Qanun layihəsi və “Elm siyasəti haqqında” Qanun laihəsi Milli Məclisin birinci oxunuşunda müzakirəsi nəzərdə tutulub”.

Milli Məclisin nümayəndsəsi deyib ki, hamımızın çoxdan gözlədiyi, hamı üçün vacib olan “Təhsil krediti haqqında” Qanun da payız sessiyasına salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar