Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi qaldırılıb
01 Fevral 2012 Çərşənbə 13:58
Qüdrət Həsənquliyev dövlətin adının Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

APA-nın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir". BAXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar