Milli Məclis Şuşanın işğalının 20 illiyi ilə bağlı qərar qəbul edəcək
28 Aprel 2012 Şənbə 12:58
Mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib
Milli Məclisin (MM) mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasda “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələ də müzakirə olunacaq.

Belə ki, iclasda Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı müzakirələr aparılacaq, həmçinin qərar qəbul olunacaq. A. Təvəkküloğlu hazırda qəbul olunacaq qərar layihəsinin üzərində iş aparıldığını vurğulayıb.

Qeyd edək ki, sessiyada ümumilikdə 6 məsələ müzakirə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar