Milli Məclis Obamaya və Konqresə müraciət edəcək
15 Dekabr 2009 Çərşənbə Axşamı 13:20
Bunun üçün parlamentdə 8 nəfərdən ibarət işçi qrup yaradılıb
Azərbaycan Milli Məclisi ABŞ prezidentinə və Konqresə müraciət etmək üçün işçi qrup yaradıb. İşçi qrup ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasını ilə bağl etiraz məktubu hazırlayacaq.
“Bu yaxınlarda Nobel sülh mükafatı təqdim edilən ABŞ prezidenti Barak Obamaya müraciətdə göstərilməlidir ki, biz onun Azərbaycana qarşı ədalətsizliyə icazə verməyəcəyini və Dağlıq Qarabağa yardımı dayandıracağına inanırıq”, deyə Milli Məclisin spikeri Oktay Əsədov qeyd edib.
Qeyd edək ki, işçi qrup səkkiz millət vəkilindən ibarətdir. Onların arasında hakim, hökumətyönlü, müxalifət, həmçinin bitərəf deputatlar var.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: