Milli Dram Teatrında 20 Yanvar faciəsi ilə bağlı “Açıq qapı” günü keçiriləcək
18 Yanvar 2012 Çərşənbə 15:30
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunacaq.
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, həmin gün saat 19.00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.
Səhnə əsərində xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu çıxış edəcəklər.

Tamaşaya giriş pulsuzdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar