Milli Demokratiya İnstitutu Azərbaycandakı ittihamlara cavab verdi
04 Aprel 2013 Cümə Axşamı 04:06
Kennedi Vollak: Azərbaycan mətbuatındakı yazılar tamamilə əsassızdır.
“Azərbaycan mətbuatında Milli Demokratiya İnstitutunun (MDİ) fəaliyyəti və onun proqramlarının məqsədi ilə bağlı uydurma və zərərli təbliğata əsaslanan yazılar davam edir. Bu yazılar tamamilə əsassızdır. Bu yazıların dəfələrlə (müxtəlif mənbələrdə) dərc olunması onların haqlı olması demək deyil”. ANS PRESS-in Milli Demokratiya İnstitutunun saytına istinadən verdiyi məlumata görə, bunu qurumun prezidenti Kennet Vollak (Kenneth Wollack) Azərbaycan mətbuatında dərc olunan yazılara münasibətində bildirib. Onun sözlərinə görə, MDİ və onun yerli tərəfdaşları, vətəndaş cəmiyyəti təşkilatları, gələcək liderlər və digər vətəndaşların öz icmalarını yaxşılaşdırmaq üçün yerli hökumətlərlə dinc və konstruktiv əməkdaşlığına kömək edib. Belə ki, MDİ vətəndaşları yollar, işıqlar, ictimai işlər, parklar və eləcə də qruplar şəklində, kitab klubları, sosial maarifləndirmə və ekoloji layihələr üçün nəzərdə tutulan imkanları yerli infrastrukturun yaxşılaşdırılması üçün dialoqa dəvət edib. İnstitut Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) prinsiplərinə uyğun, heç bir partiyanı dəstəkləməyən yerli seçki monitorinq vasitəsilə siyasi proseslərin bütövlüyünü qorumaq istəyən Azərbaycan vətəndaşlarının səylərini dəstəkləyir.

“MDİ Azərbaycan hakimiyyəti ilə bu fəaliyyəti barədə tamamilə şəffaf olub. Əslində, Gənclər və İdman Nazirliyi Azərbaycan MDİ proqramlarında iştirak etmək bir çox gəncin iştirakını irəli sürüb və MDİ tərəfindən qəbul edilən bütün pul vəsaiti heç bir digər iş üçün yox sırf bu məqsədlə xərclənib. MDİ Azərbaycan Ədliyyə Nazirliyi ilə qeydiyyata alınıb. Qeydiyyata uyğun olaraq, MDİ Maliyyə Nazirliyinə qanunla tələb olunan bütün maliyyə hesabatlarını təqdim edib. MDİ-yə maliyyə məlumatlarının açıqlanması üçün müraciət mümkündür, o cümlədən yerli qanuna tam uyğundur”, - Kennet Vollak əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar