Millet vekili işbazların emellerini iyrenc adlandırdı
01 Sentyabr 2013 Bazar 22:59
Əli Məsimli: Dövlət strukturları mütəşşəkkil cinayətkarlığın bu iyrənc növünün qarşısını almaqdan ötrü etibarlı mexanizm hazırlamalıdır.
Xüsusi prezident sərəncamları ilə sentyabrın 1-dən maaşlar, müavinətlər, tələbə təqaüdləri artırıldı. Bu artıma qane olan da, "azdır" deyənlər də oldu".
ANS PRESS-in məlumatına görə, Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli sosial şəbəklərdəki səhifəsində paylaşdığı statusunda, ölkə başçısı tərəfindən maaşların, pensiya və müavinətlərin artırılmasına dair imzalanan sərəncamları şərh edərkən bildirib.
Millət vəkilinin fikrincə, əhalinin azmaaşlı, aztəminatlı təbəqəsinin bu yöndə olan gözlənti və istəklərini təbii hesab etməklə yanaşı, bu, sadəcə növbəti maaş, pensiya, müavinət artımıdır: "İstənilən halda, əhalinin güzəranının yaxşılaşdırılmasına yönələn hər bir addım, kəmiyyətindən -kiçik və ya böyüklüyündən asılı olmayaraq, bütün variantlarda xoş məramla qarşılanmalı və müsbət dəyərləndirilməlidir. Bu tədbirlərə münasibət sərgiləyəndə, əhalinin aztəminatlı təbəqəsinin güzəranının yaxşılaşdırılması prosesinin sürətləndirilməsi naminə, həm də "davamlı və daha çox artımlar" olmasını arzu edirik və inşaallah belə də olacağını umuruq. Eyni zamanda növbəti dəfə bir də xatırladırıq ki, maaş, pensiya, müavinət artımı, bu məsələnin yalnız bir tərəfidir... Məsələnin digər, həm də çox ciddi tərəfinin məğzi budur ki, vətəndaş artan maaşa əlavə mal almaq imkanına malik olurmu?"
Millət vəkili qeyd edir ki, maaşlar artan kimi, işbazlar qiymətləri də artırırlar: "Nəticədə əhalinin güzəranın yaxşılaşdırılmasına yönəldilən yüz milyonlarla manatla ölçülən büdcə vəsaiti, vətəndaşın əlavə ərzaq, dava-dərman ala bilməsinə yox, süni qiymət artımı vasitəsilə bir qrup işbazın cibinə axır və bu mühüm tədbirdən nominal olaraq maaşı artan vətəndaşdan daha çox işbaz bəhrələnir. Ölkədə qiymət artımım hər faizinin təqribən 0,2 faizi- iqtisadiyyatda gedən proseslərdən, 0,2 faizi- xaricdən gətirilən malların üstündə gələn inflyasiya, qalan 0,6 faizi isə sünü qiymət artımıdır. Həmin əməliyyatda əldə olunan zəhmətsiz gəlirin məbləğin nə qədər böyük olduğunu təsəvvür etməkdən ötrü, təkcə onu qeyd etmək kifayətdir ki, bizim ölkədə süni qiymət artımının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə ildə 176 milyon manat və ya 224 milyon dollar ziyan vurur. Başqa sözlə desək, həmin işbazların ölkədə əlavə olaraq 1 manatlıq məhsul istehsal etmədən, xaricdən əlavə olaraq 1 manatlıq belə əlavə məhsul gətirmədən, qiyməti süni surətdə 3-4 faiz artırmaqla hər il xalqdan öğurladığı məbləq- Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir, Şirvan və sair respublika tabeli şəhərlərin təsərrüfat fəaliyyəntindən bir ildə əldə olunan gəlirdən çox olur. Əslində bu əhalinin geniş təbəqələrinə, xüsusən də aztəminatlı təbəqəyə, büdcə təşkilatlarında çalışanlara, pensiyaçıya, əlilə, tələbəyə qarşı mütəşşəkkil cinayətkarlığın bir növüdür, insan haqqlarının pozulmasının ən ağır formasıdır və həm də əlilin artan 10-20 manatına tamah salmaq- mənəviyyatsızlığın kulminasiyasıdır. Ona görə də artıq həqiqət anıdir".
"Belə ədalətsizliklərə son qoyulmalıdır" - deyən Ə.Məsimli yazırki, biz Milli Məclisdə bu ciddi məsələni dönə-dönə qaldırmaqla yanaşı, həm də işbazların bu hərəkətlərini qanunla sadəcə cərimələr tətbiq etməklə yox, həm də cinayət kimi təsbit olunmasını istəmişik: "Əlaqədar dövlət struktutrları fikirdə, sözdə və işdə bu əməlin-mütəşşəkkil cinayətkarlığın yeni və iyrənc növünün arxasında duran və onu həyata keçirənlərin qiymət manupulyasiyaları vasitəsilə etdikləri cinayətinin qarşısını almaqdan ötrü etibarlı mexanizm hazırlamalı və təsirli tədbirlər görülməklə həyata keçirilməlidir ki, bu ildən etibarən bir daha maaşların, pensiyaların, müavinətlərin artan hissəsinə yönəldilən, yəni xalqa çatmalı 100 milyonlarla manatla ölçülən həmin pullar, nəfsinin quluna çevrilmiş acgöz işbazlara qismət olmasın. Büdcə təşkilatında çalışan müəllim, həkim, alim, mədəniyyət işçisi və digərləri kateqoriyadan olanlar- artan maasına, pensiyaçı-artan pensiyasına, əlil, o cümlədən müharibə əlili, şəhid ailəsi, Milli Qəhrəman-artan müavinət və təqaüdünə, tələbə-artan stipendiyasına öz tələbatına uyğun əlavə nəsə almaq hüququnu gerçəkləşdirə bilsin".
DOSTLARINLA PAYLAŞ: