Məzahir Avşar: “Qarabağ avşarlarındır”
07 Avqust 2010 Şənbə 21:55
Azərbaycanı professor Məzahir Avşar Qarabağ xanlığının Cavanşir Avşarlarına məxsus olduğunu iddia edir.
Türkiyənin Selçuk universitetinin azərbaycanlı təhsil işçisi, professor, doktor Məzahir Avşar “Türk tarixində Avşar türkmənləri” adlı mövzuya dair çıxışı zamanı Qarabağla bağlı maraqlı açıqlama verib. Çoxsaylı avşar türkünün qatıldığı məclisdə Məzahir Avşar Qarabağın avşarlara aid olduğunu deyib.
Məzahir Avşarın sözlərinə görə, Qarabağ bölgəsi Cavanşir avşarlarına məxsusdur: “Bu, İslama qədərki dövrə təsadüf edir. 1748-1828-ci illərdə müstəqil Qarabağ xanlığının da əsası Avşarların bir qolundan olan Sarıcalı Pənah xan tərəfindən qoyulub".
"Hazırda Cənubi Azərbaycanda avşar boyunun böyük əksəriyyətini təşkil edən türkmənlər formalaşır. İran mənbələrində isə avşarlar və qaşğaylar qəsdən ayrı bir irq olaraq göstərilib. Bu yalan sayəsində türklərin İrandakı nüfuzu zəifləyib”,- deyə Məzahir Avşar bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: