Meyniman kəndində bənd yarılıb, kənd əhalisi evakuasiya olunur
24 May 2010 Bazar Ertəsi 09:25
Hacıqabul rayonunun Meyniman kəndində su bəndi yarılıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında Hacıqabul rayonunun Meyniman kəndi istiqamətində Kür çayı bəndi yararaq kənd istiqamətində daşıb. Kənd əhalisi evakuasiya olunur. Qeyd edək ki, Meyniman kəndi Bakı şəhərini su ilə təchiz edən Talış-Kür Su Kəmərləri İdarəsinin yerləşdiyi Talış kəndi ilə həmsərhəddir. APA
DOSTLARINLA PAYLAŞ: