Metyu Brayza: "Üsamə Bin Laden dinin adını ləkələyirdi"
02 May 2011 Bazar Ertəsi 17:01
Metyu Brayza: "Bu dünya üçün böyük bir qələbədir".
""Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Bin Ladenin ölümü böyük bir xəbərdir". ANS TV-nin məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza məlumat verib.

"Çünki o, insanları din pərdəsi altında öldürürdü və dinin adını ləkələyirdi. Yalnız öz maraqları üçün işləyən adamın öldürülməsi - bu dünya üçün böyük bir qələbədir", deyə səfir vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama "Əl –Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Ladenin öldürüldüyünü bildirib. Barak Obama televiziya ilə canlı çıxışında deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar