Metyu Brayza: Prezident ikinci dəfə namizədliyimi irəli sürüb
01 Dekabr 2011 Cümə Axşamı 13:04
Metyu Brayza: Senat Konqres tətilə çıxmazdan əvvəl qərar verəcək.
"Prezident Barak Obama ABŞ Senatı qarşısında Azərbaycana səfir təyin olunmağımla bağlı ikinci dəfə namizədliyimi irəli sürüb. Senatın qərarını gözləyirəm". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə deyib.

M.Brayza ABŞ-da demokratik səlahiyyətlər çərçivəsində hər qurumun öz rolunun olduğunu xatırladıb:

"Bunun mənimlə bağlı məsələdə özünü təzahür etməsinin şahidi oluruq. Senat Konqres tətilə çıxmazdan əvvəl qərar verəcək. Lakin bunun dəqiq vaxtı hələ məlum deyil".


DOSTLARINLA PAYLAŞ:

oyunlar