Metyu Brayza ilə Zeyno Baranın əsl sevgisi
01 İyul 2011 Cümə 10:25
ABŞ səfirinin xanımı və qızı "Aysel"in qonağı olub.
Azərbaycanın ən maraqlı və 1 nömrəli qadın jurnalı "Aysel"in iyul sayı artıq satışda. Daima bir birindən maraqlı müsahibələr, məqalələrlə oxucularını sevindirən jurnal bu ay da ənənəsinə sadiq qalıb. Belə ki, iyul buraxlışında ABŞ səfirinin xanımı Zeyno Baran Brayza "Aysel"ə eksklüziv müsahibə verib. Hər iki siyasətçinin karyeralarını təhlükə altına ataraq evlənmələri həyatda əsl sevginin olmasından xəbər verir. Bundan əlavə "Aysel"də oxuyacaqsınız:

Səyahətə hazırlaşırsınız! Bəs çemodana hansı paltarları yığacağınızı bilirsiniz? Odur ki, bizi oxuyun və səyahət qarderobunun nədən ibarət olduğunu öyrənin. Yükünüz yüngül, geyimləriniz isə şık olacaq.

Bir çox qadın istirahətə yollanarkən kurort romanı yaşamaq arzusundadır. Bəs bunun fəsadları nə ola bilər? Kimlərlə kurort romanı yaşamaq daha gözəldir? Bu və başqa sualların cavabı "Aysel"də…

Paltar əyninizdə ideal durmursa, bu, bədən quruluşunuzun ideal olmamasından xəbər vermir. "Aysel" hər bədən quruluşuna əsasən necə geyinmək lazım olduğundan yazır.

Banan bir çoxumuzun ən çox xoşladığı meyvədir. Düşünə bilərsiniz ki, 3 gün ərzində təkcə bananla qidalanaraq 3 kq arıqlamaq olar. Banan pəhrizi haqqında daha ətraflı "Aysel"də oxuyun.

Yayda açıq ayaqqabı geyinməkdən çəkinirsiniz? Daban çatlaması, tərləmə və s. problemlərlə üzləşməmək üçün dərgimizin "Qadın məsləhətxanası" rubrikasını diqqətlə oxuyun. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar