Metyu Brayza: Biz tərəfləri aeroport açılanadək danışıqlara çağırmışıq
30 Mart 2011 Çərşənbə 22:06
Metyu Brayza: “Bu məsələ ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərləri zamanı müzakirə obyekti olub”.
Xankəndində hava limanının açılması məsələsi ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərləri zamanı müzakirə obyekti olub. Bu haqda açıqlama verən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayza hava limanı istifadəyə verilənə qədər tərəfləri danışıqlara çağırdıqlarını bildirib.

Onun sözlərinə görə, onlar Xankəndi ilə bağlı danışıblar: “Mənim buna edəcək heç bir əlavəm yoxdur, amma mən artıq ictimaiyyətdə öz hökumətimin bununla bağlı mövqeyindən danışmışam. Biz tərəfləri aeroport açılanadək bir araya gələrək danışıqlara çağırmışıq. İnanırıq ki, heç bir halda təyyarələrin vurulmasına yol verilməməlidir”.

Səfir bildirib ki, sərhəd xəttində baş verən insidentlər, atışmalar və ölüm hallarına gəldikdə isə, ABŞ ümumilikdə güc tətbiq edilməsini kəskin şəkildə pisləyir: “Çünki bu, hər öldürülən şəxsin timsalında bir faciədir. Artıq dediyim kimi, tərəflərin bir araya gəlməsi və mülki aviasiyanın aspektlərinə dair müzakirələr aparması vacibdir. Ümid edirəm ki, belə də olacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar