ABŞ dövlət katibinin köməkçisinin müavini, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bu il avqustun 11-13-də Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilib.
Səfər çərçivəsində hökumətin, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
M. Brayza səfər çərçivəsində əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin səyləri ilə birgə Minsk Qrupunun növbəti addımlarının müəyyənləşdirilməsinə yönəldəcək. O, həmçinin təhlükəsizlik və enerji məsələləri, eləcə də demokratik institutlarının gücləndirilməsində birgə maraqlara dair davam edən ABŞ-Azərbaycan tərəfdaşlıq məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, 2005-ci ilin iyun ayından ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə məsul şəxsi, Minsk Qrupunun amerikalı həmsədri kimi xidmətini başa vuran Metyu Bryza bu ilin payızında vəzifəsini təhvil verəcək. /ANSPRESS/