Metyu Brayza Azərbaycanda iri qaz yatağının kəşfinə münasibət bildirdi
11 Sentyabr 2011 Bazar 01:36
Metyu Brayza: Bu, Azərbaycanın Avropaya vacib qaz tədarükçüsü kimi potensialını göstərir.
“Azərbaycanın “Abşeron” blokunda iri qaz yatağının kəşfi həm Azərbaycan və “Total”, həm də Avropaya təbii qaz təchizatının diverfikasiyasına yardım edəcək “Cənub dəhlizi” üçün xoş xəbərdir”. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Trend”ə müsahibəsində deyib. “Bu kəşf Azərbaycanın Avropanın vacib qaz təchizatçısı kimi pontensialını bir daha təsdiqləyir”, - vaxtilə ABŞ-ın Xəzər regionundakı siyasətini əlaqələndirmiş Metyu Brayza bildirib.
Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanla, eləcə də “Cənub dəhlizi” layihəsində iştirak edən digər ölkə və şirkətlərlə işin davam etdiriləcəyinə ümid edir. “Ümid edirik ki, “Cənub dəhlizi” Cənubi Qafqaz bölgəsində rifah və sabitliyi möhkəmləndirəcək digər layihələrin başlanğıcı olacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: