Mətbuat Şurasının sədri Ramil Usubovla görüşüb
31 İyul 2010 Şənbə 16:25
Əflatun Amaşov “Yeni Müsavat” qəzetinin əməkdaşının döyülməsi barədə nazirə ətraflı məlumat verib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb. Əflatun Amaşov açıqlamasında bildirib ki, görüş “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalması ilə bağlı olub. Şura sədri E. Bədəlovun döyülməsi barədə “Yeni Müsavat” qəzetinin Mətbuat Şurasına ünvanladığı məktubun əsas götürülərək hadisənin təfərrüatları haqda nazirə məlumat verdiyini deyib.
Daxili işlər naziri isə məsələnin araşdırılması üçün zəruri təhqiqat hərəkətlərinin aparılması üçün lazımi işlərin aparılacağını və hadisə ilə bağlı ekspertizanın keçiriləcəyini deyib.
Ə. Amaşovun sözlərinə görə, görüşdə işin araşdırılmaq üçün Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən alınaraq adı çəkilən idarəyə verilməsi qərara alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: