Mətbuat Şurası 6 qəzeti “reket” elan edib
28 Sentyabr 2010 Çərşənbə Axşamı 16:35
5 mətbu orqan barəsində isə araşdırmalar aparılır.
Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, müzakirələrdən sonra Şikayətlər üzrə Komissiyasının təqdimatına əsasən 11 kütləvi informasiya vasitəsindən 6-ı barədə müvafiq rəy çıxarılıb. Rəylərdə MŞ İdarə Heyətinə həmin KİV-lərin "reket nəşr" elan olunaraq adlarının bu qəbildən olan media vasitələri üçün tərtib edilən "qara siyahı"ya salınması əksini tapıb. Digərləri ilə bağlı araşdırmaların aparılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, bu iclas "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının genişləndirilmiş tərkibdə ikinci toplantısıdır. MŞ İdarə Heyətinin müvafiq qərarına əsasən qurumun fəaliyyət intensivliyinin artırılması üçün onun tərkibinə ölkənin aparıcı KİV-lərinin nümayəndələri də daxil ediliblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: