Məşhur anti-islamçı məscid tikdirmək istəyir
09 Fevral 2010 Çərşənbə Axşamı 20:30
Daniel Streyçin İslam dinini qəbul etməsi təəccüblə qarşılanıb
Anti-islamçı ideyaları ilə tanınan Daniel Streyç islam dinini qəbul etdiyini bildirib. Bu barədə İranın “Əl-Ələm” telekanalı məlumat yayıb.
İsveçrə Xalq Partiyasının keçmiş üzvü olan Daniel Streyç həmişə islam dini əleyhinə çıxışları və qanun layihələri ilə gündəmə gəlib. Minarələrin qadağan olunması barədə qanun layihəsinin müəllifinin İslam dinini qəbul etməsi çox təəccüblə qarşılanıb.
Yeni dini qəbul etməsini 2 il gizlədən siyasətçi islam dinini qəbul etməsinə də aydınlıq gətirib. “İslam mənim bütün ömrüm boyu axtardığım suallara cavab verdi”,-deyə Daniel Streyç bildirib.
Üzv olduğu sağçı partiyanın sıralarını tərk edən siyasətçi günahlarını yumaq üçün İsveçrədə Avropanın ən gözəl məscidini tikdirmək arzusunda olduğunu da bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: