Merzlyakov sonuncu səfərə hazırlaşır
07 Aprel 2010 Çərşənbə 19:25
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona apreldə səfər edəcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona apreldə səfər edəcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə bildirib. Səfirin sözlərinə görə, həmsədrlər əvvəlki tərkibdə - Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) regiona səfər edəcək.
"Bu, Merzlyakovun Minsk qrupunun həmsədri kimi regiona son səfəridir", - deyə Doroxin söyləyib.
Səfirin sözlərinə görə, səfərin tarixi hələ dəqiqləşdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: