Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
09 Noyabr 2011 Çərşənbə 12:40
Alimlər bir qrup insan arasında xüsusi olaraq sorğu keçiriblər.
İnsan mənzil məsələsi ilə məşğul olarkən güclü stressə məruz qalır. Bu, onu real olaraq qocalda bilər. "The Daily Express" qəzetinin məlumatına görə, alimlər bir qrup insan arasında xüsusi olaraq sorğu keçiriblər. Rəyi soruşulanların 2/3-si bəyan edib ki, yaşayış yerini tərk etmək zərurəti onların özlərini iki il daha yaşlı hiss etməsinə və görünməsinə gətirib çıxarıb.

Orta hesabla mənzil alqısı və ya satqısına sərf edilən 15 həftə ərzində adamlarda saçların tökülməsi (10 faiz), qısamüddətli yaddaşın itkisi (14 faiz), cinsi əlaqəyə marağın azalması (19 faiz) və qocalma faktının özü (25 ay) kimi əlavə təsirlər qeydə alınır. 38 faiz halda adamlar ipoteka krediti ala biləcəkləri, 31 faiz - ixtisaslaşmamış hüquqşünaslarla, 11 faiz - pis məsləhətçilərlə bağlı həyəcan keçirirlər.

"In-Deed" portalının araşdırmalarına görə, həm də vəziyyətin dəyişməsinə nisbətən daha kəskin reaksiya verən adamlarda qocalma effekti demək olar dörd ilə (47 ay) çata bilər. Psixoloq Qlenn Vilsonun sözlərinə görə, mənzil alan və satan adamların keçirdikləri həyəcan və stress onlara depressiya, çəkinin itirilməsi və vaxtından əvvəl qocalma kimi güclü təsir göstərməyə qadirdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar