Məmmədyarov-Lavrov-Nalbandyan görüşü keçirilib
22 Noyabr 2010 Bazar Ertəsi 19:30
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub.

Onu da əlavə edək ki, Elmar Məmmədyarov noyabrın 27-də Serqey Lavrov və Edvard Nalbandyanla yenidən görüşəcək. “Armtoday” agentliyinin verdiyi xəbərə görə, bu haqda “Azadlıq” radiosu STRATFOR beynəlxalq araşdırmalar mərkəzinə istinadən məlumat yayıb. Üçtərəfli danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq.

Xatırladaq ki, dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in sammiti keçiriləcək. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar