Məmmədyarov Karasinlə Qarabağı müzakirə edib
04 Mart 2010 Cümə Axşamı 14:55
Görüşdə Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərinə də toxunulub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib.

Nazirlikdən həmçinin bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya əlaqələri, regionda təhlükəsizlik və maraq doğuran digər məsələlərə də toxunulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar