Məmmədyarov Gürcüstanın tarixi yerlərində olub
14 Oktyabr 2010 Cümə Axşamı 21:00
Azərbaycanın XİN rəhbəri Məmmədyarov Müqəddəs Nino kilsəsini ziyarət edib.
Hazırda Gürcüstanda olan xarici işlər naziri Elmar Məmmədyarov səfər çərçivəsində Siqnaxi şəhərində olub. Bodbedə Elmar Məmmədyarov Müqəddəs Nino kilsəsi və digər tarixi-mədəni abidələri ziyarət edib.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri sabah Tiflis şəhərində Qəhrəmanlar Meydanında yerləşən abidə qarşısında əklil qoyacaq. Daha sonra E.Məmmədyarov gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşəcək. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar