Məmmədyarov ABŞ-ın keçmiş səfirini qəbul edib
14 İyun 2010 Bazar Ertəsi 14:40
Görüş zamanı Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyətini müzakirə etdib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş və hazırda Atlantik Şuranın Avrasiya ofisinin direktoru kimi fəaliyyət göstərən Ross Vilsonu qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, R.Vilson rəhbərlik etdiyi qurumun gördüyü işlərlə bağlı E.Məmmədyarova məlumat verib, qurumun siyasət, enerji, ticarət və iqtisadiyyat məsələləri ilə məşğul olduğunu diqqətə çatdırıb.
Məlumata görə, regionda cərəyan edən proseslərdən söz açan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdib, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: