Məişət zorakılığı ilə bağlı konfrans keçirilib
26 Oktyabr 2010 Çərşənbə Axşamı 18:20
Tədbirdə cəmiyyətdə qadınların hüquqları müzakirə olunub.
Bu gün “Məişət zorakılığı qanunu və Türkiyə təcrübəsinin öyrənilməsi” adlı konfrans keçirilib. ANS PRESS-in məlumatına görə, konfrans Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində baş tutub. Konfransda Türkiyədən gələn qonaqlar, CHP-nin İzmir şəhər Məclisinin üzvü Ayla Eyit, Qadın Hüquqlarını Qoruma Birliyinin İzmir şəhər bölümünün başqanı Engin Dəmir və bir sıra yerli QHT-lərin nümayəndələri iştirak edib.
Tədbirdə cəmiyyətdə qadınların hüquqları müzakirə olunub. Tədbirin keçirilməsində məqsəd ailədə kişiyə qadını döyməyin böyük yanlış olduğunu izah etmək, qadının da müəyyən hüquqa malik olduğunu bildirmək olub. Tədbir iştirakçıların çıxışları, qonaqların sualları və müzakirələrlə davam edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: