Bakının Nesimi rayonu, 20 Yanvar küçesi, 22 nömreli evin qarşısında mehv edilmiş yaşıllıqların berpasına başlanılıb.
Bakının Nesimi rayonu, 20 Yanvar küçesi, 22 nömreli evin qarşısında mehv edilmiş yaşıllıqların berpasına başlanılıb. ANS PRESS-in meumatına göre, öten gün hemin ünvanda 16 növde nadir ağacların budama adı altında kesilmesi barede melumatlar yayılandan sonra Heyder Aliyev Fondunun prezidenti Mehriban Aliyeva Bakının Nesimi rayonu erazisinde nadir ağacların kesilmesine keskin reaksiya gösterib. Onun gösterişi ile Fondun emekdaşları Nesimi rayonu 20 Yanvar küçesinde ağacların kesildiyi erazide olublar. Gösterişlere esasen erazi yoxlanılıb ve mehv edilen yaşıllıqların berpasına başlanılıb.
erazide yaşayan sakinler ANS PRESS-e açıqlamalarında bildiribler ki, hemin erazide ağacların kütlevi şekilde mehv edilmesi barede bir neçe orqana şikayet edibler. Lakin hemin qurumlardan meseleye soyuq yanaşılıb. Hadise barede yalnız ölkenin Birinci xanımı xeber tutandan ve reaksiya bildirenden sonra mesele ile ciddi maraqlanıblar. Orxan eliyev adlı vetendaşın ANS PRESS-e bildirdiklerine göre, 10 gün evvel bir neçe defe hemin erazilerde ağacları qırıblqar.
“evvelce erazide 2 ağac kesmişdiler. Sonra biz Nesimi rayon Polis İdaresi 19-cu bölmeye şikayet etdik. Polislerle birlikde hemin adamları qovduq. Lakin sonra yene de ağacları qırmağa başladılar. Gah dediler ki, Ekologiya Nazirliyindenik, gah dediler Yaşıllaşdırma İdaresinden. Defelerle İcra Hakimiyyetine de şikayet etdik. Gelib baxıb getdiler. Dediler araşdıracağıq. Sonra yene de, hemin adamlar gelib ağacları kökünden çıxarmağa başladılar. erazini boşaldıb. Orada obyekt tikmek isteyirdiler”, - deye Orxan eliyev bildirib.
Sakinler deyirler ki, yalnız Heyder Aliyev Fondunun prezidenti Mehriban Aliyeva meseleye ciddi münasibet bildirenden sonra ağacların kütlevi şekilde qırılmasına son qoyuldu. Samire eliyeva adlı sakin deyir ki, eger Mehriban eliyeva kömeklik etmeseydi, erazideki yaşıllıqlar kökünden mehv edilecekdi.
“16 ağac mehv etmişdiler. Mehriban xanımın birbaşa Bakı şeher İcra Hakimiyyetine gösterişi ile erazide 30-a yaxın ağac ekilir. Bundan elave eraziye ot örtüyü salınır. Bizim sesimize ses verdiyi üçün Mehriban xanım eliyevaya teşekkürümüzü bildiririk”, - deye Samire Aliyeva bildirib.
Qeyd edek ki, hazırda erazide Bakı şeher İcra Hakimiyyetinin, Yaşıllaşdırma İdaresinin ve Ekologiya Nazirliyinin mütexessisleri işleyirler. erazide yeni ağaclar ekilir ve teze ot örtüyü salınır.
Yaşıllıqların mehv edenlerin kimliyine gelince, Nesimi rayon Polis İdaresi 19-cu polis bölmesinden ANS PRESS-e bildiribler ki, mesele ciddi şekilde araşdırılır. Tehqiqat neticesinde hemin şexslerin kimliyi melum olacaq. Bölmeden emin etdiler ki, günahkarlar mütleq cezasına çatacaq.
Sakinlər ərazidə ağacların kəsildiyi zaman ərazidən çəkilmiş video və foto çəkilişləri ANS PRESS-ə təqdim ediblər. Bəlkə bu görüntülər vasitəsilə ağacları köklü şəkildə soyrqıma məruz qoyanların kimliyi məlum oldu.