Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını çəkən mükafatlandırılıb
09 Sentyabr 2010 Cümə Axşamı 10:45
Kurt Vesterqaard buna söz azadlığı uğrunda nailiyyətlərinə görə layiq görülüb.
Beş il əvvəl Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası ilə İslam dünyasının qəzəbinə səbəb olan danimarkalı karikaturaçı Kurt Vesterqaard söz azadlığı uğrunda nailiyyətlərinə görə mükafata layiq görülüb. Almaniyanın Potsdam regionunda “Avropada media azadlığı” adı altında keçirilən toplantıda çıxış edən kansler Angela Merkel Kurt Vesterqaardın ifadə və mətbuat azadlığı uğrunda mübarizədə göstərdiyi cəsarəti yüksək qiymətləndirdiyini bildirib: “Onun rəsmlərinin ürəkaçan olub-olmadığını, onların mühüm və ya yardımçı olub-olmadığını düşünməyimizin fərqi yoxdur. Ona bunu etməyə icazə verilmişdimi? Bəli. Avropada bir çox karikaturaçı var, o da onlardan biridir. Avropa isə karitkaturaçıya bu cür rəsmləri çəkməyə icazə verən yerdir”.

Xatırladaq ki, 2005-ci ildə Danimarkanın “Cilland-Posten” qəzetində Kurt Vesterqaardın Məhəmməd peyğəmbər (s.ə.s) həsr olunmuş satirik rəsmlərinin dərcindən sonra böyük mübahisələr yaranmışdı. Daha sonra Avropanın 50-dən çox qəzeti bu rəsmləri dərc etmişdi. Müsəlman dünyası isə buna kütləvi nümayişlərlə etirazını çatdırmışdı. Daha sonra isə Danimarkanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar olmuşdu. Nigeriya, Pakistan və Liviyada baş vermiş qarışıqlıqlarda isə onlarla insan ölmüşdü.

2008-ci ilin fevralında isə karikaturaçının rəsmləri yenidən dərc etməsi ilə ona qarşı sui-qəsd planlarının olduğu ilə bağlı məlumatlardan sonra Kurt Vesterqaard polsin mühafizəsi altındadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar