Medvedevlə Merkel «Şimal axını»nı açıblar
08 Noyabr 2011 Çərşənbə Axşamı 17:29
Rusiya prezident Dmitri Medvedev və Almaniya kansleri Anqela Merkel bu gün rəsmi olaraq «Şimal axını» qaz kəmərini açıblar.
ANS PRESS Rusiyanın "Rossiya 24" telekanalına istinadən bildirir ki, açılış mərasimində Avropa Birliyinin (AB) energetika kommisarı Günter Ettinger, Fransa baş naziri Fransua Fiyon və Niderland baş naziri Mark Rutte iştirak ediblər.
"Şimal axını"nın ümumi uzunluğu 1224 kilometrdir ki, bununla da o, dünyanın ən uzun dənizaltı qaz kəməridir. Birinci xəttin ötürmə gücü 27,5 milyard kubmetrdir, ikinci xətt işə salındıqdan sonra isə kəmərin toplam gücü 55 milyard kubmetrə çatacaq.
DOSTLARINLA PAYLAŞ: