Medvedev Qarabağ danışıqlarının gələcəyi ilə bağlı məktub yazıb
02 İyul 2011 Şənbə 14:59
Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bəyanat verib.
Rusiya prezidenti Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar prosesinin gələcək inkişafı ilə bağlı fikirlərini yazılı sürətdə bildirib. Ermənistan prezidenti Serj Sarkisyan Kiyevdə ukraynalı həmkarı ilə birlikdə mətbuat konfransında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu yaxınlarda Kazan şəhərində üçtərəfli görüşünün nəticələri barədə danışarkən bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev iyunun 30-u telefonla bildirib ki, öz fikirlərini yazılı formada göndərib.
Bu barədə RBK-Ukrayna agentliyi məlumat yayıb. Ukrayna nəşri məktubun Azərbaycan tərəfinə də ünvanlanması barədə məlumat verməyib. Eyni zamanda "Azadlıq" radisounun Ermənistan bürosunun məlumatına görə, məktub münaqişə üzrə hər iki tərəfə göndərilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: