Medvedev Obama ilə Qarabağdan danışacaq
25 May 2011 Çərşənbə 17:03
Müzakirələrdə Fransa prezidenti Nikolya Sarkozinin də iştirak edəcəyi gözlənilir.
Rusiya prezidenti Dmitri Medvedev və ABŞ dövlət başçısı Barak Obama mayın 26-da “G8” sammiti çərçivəsində Rusiya-ABŞ birgə paketi müzakirə edəcək. Bu barədə məlumat verən Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun sözlərinə görə, söhbət əsnasında həmçinin iki ölkə arasındakı viza rejiminə, terrorizmlə mübarizə, Berinq boğazı regionunda əməkdaşlıq və s. məsələlər müzakirə ediləcək.

Bundan başqa, iki ölkə başçısı Fransa prezidentinin iştirakı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli müzakirələr aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar