Medvedev münaqişələrin vahid nizamlanması prinsiplərini təklif edib
01 Dekabr 2010 Çərşənbə 10:40
Rusiya prezidenti təklif etdiyi prinsiplərin hazırlanmalı olduğunu bildirib
Rusiya prezidenti Dmitri Medvedev ATƏT məkanında münaqişələrin vahid nizamlanma prinsiplərinin hazırlanmasının mühüm olduğunu və onların eyni zamanda istənilən vəziyyətdə işləməli olduğunu bəyan edir.

“Ola bilsin ki, ən mühüm məsələ münaqişələrin vahid nizamlanma prinsiplərinin hazırlanmasıdır və hər hansı bir seçilmiş vəziyyətlərdə deyil, bütün böhranlı vəziyyətlərdə bu prinsipləri əsas götürmək lazımdır”, - deyə Rusiya prezidenti bu gün ATƏT-in Astanada keçirilən sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə prinsiplər arasında – güc tətbiq edilməməsi, tərəflərin özləri arasında razılığın əldə olunması, razılaşdırılmış danışıqlar və sülhməramlı formatlara hörmət olunması, münaqişə zonasına düşən mülki əhalinin hüquqlarının təmin edilməsi – ola bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar