Medvedev: "Bu, heç nə ilə əvəz olunmayan faciədir"
01 İyun 2010 Çərşənbə Axşamı 16:45
Rusiya prezidenti Medvedev ötən gün baş vermiş hadisənin araşdırılmasını tələb edib.
BMT Təhlükəsizlik Şurasının İsrailin Qəzzaya yardım daşıyan gəmiyə hücum etməsi ilə bağlı təcili toplantı keçirməsinin ardından, Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya da məsələyə öz münasibətini bildirib. Rusiya prezidenti Dmitri Medvedev Rusiya-Avropa Birliyi sammitinin sonunda keçirilən məbuat konfransında baş verənləri pisləyib.
“Hesab edirəm ki, dəqiq araşdırma aparılmalıdır. Qəzza sektoruna humanitar missiya ilə yollanan “Azadlıq karvanı” ilə bağlı yaranmış insident nəticəsində insanların öldürülməsi əsassız olmaqla yanaşı, heç nə ilə əvəz olunmayan faciədir”,- deyə Rusiya prezidenti Dmitri Medvedev bildirib.
Çin də Qəzza zolağına humanitar yardım daşıyan türk gəmilərinə hücumu pisləyərək İsraili BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini nəzərə almağa çağırıb.
“Çin rəhbərliyi Yaxın Şərqdə vəziyyətin kritik mərhələyə daxil olduğunu hesab edir. Biz İsrail tərəfini İsrail-Ərəb danışıqlarının və ümumilikdə Yaxın Şərq regionunda vəziyyətin daha da pisləşməməsi üçün Qəzzanın blokadasının tez bir zamanda götürülməsi üçün effektli tədbirlər görməyə çağırırıq. Çin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasında konstruktiv rol oynamaq üçün beynəlxalq ictimaiyyətlə birgə çalışmaq istərdi”,- deyə Çin XİN-nin mətbuat katibi Ma Dzouksu söyləyib.
İran prezidenti Mahmud Əhmədinejad da İsrailin hərəkətini qeyri-insani əməl adlandırıb: ”Amerika və müttəfiqlərlərinin sionist davaranışlara davamlı olaraq laqeyd yanaşdıqlarına görə bu günahda payları var. Belə günahların təkrarı Qərbi insanlığa zidd hərəkətlərinə görə məhkəməyə götürəcək. Vaşinqtonun bir daha İsrailin günahına kəskin reaksiya verməməsi İsraili gələcək hücumlara cəsarətləndirir”.
Qeyd edək ki, Tehranda baş verən olayla əlaqədar etiraz aksyiası keçirilib. Nümayişçilər İsrail bayraqlarını yandıraraq, anti-İsrail və Birləşmiş Ştatlara qarşı şüarlar səsləndiriblər. Aksiya zamanı BMT binasının qarşısında etirazçılarla polis arasında toqquşma olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: