Medvedev Bakı və İrəvandan cavab alıb
27 İyul 2011 Çərşənbə 22:54
Vladimir Doroxin: "İndi bizim prezident həmin cavabları öyrənir".
Bu gün ANS Müstəqil Yayım və Mediya Şirkətinin qonağı olan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolu barədə danışıb. Səfir prezident Dmitri Medvedevin münaqişə tərəflərinə ünvanlanan təkliflərinə münasibət bildirib.
V.Doroxin təəssüflə qeyd edib ki, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı razılıq əldə edilməyib: “Ona görə də bizim prezident görüşün nəticəsi olaraq həm Azərbaycan prezidentinə, həm də Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışlarını əks etdirən məktub göndərdi”.
Səfir deyib ki, hər iki tərəfdən cavab əldə edilib: “İndi bizim prezident həmin cavabları öyrənir. Mən ümid edirəm ki, qəbul edilən qərar münaqişənin həllinə birbaşa öz töhvəsini verəcək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: