Məcburi köçkünlərə yemək xərci üçün verilən müavinət artırıldı
23 Dekabr 2011 Cümə 19:35
Artım 10 faiz təşkil edib.
Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Prezidentinin 2010-сu il 8 sentyabr tarixli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılacaq.
Nazirlər Kabinetinə bu sərəncam və fərmanlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: