MDB XİN başçıları Astanada bir araya gələcək
25 Mart 2012 Bazar 17:58
Görüşdə ötən il aparılmış məsləhətləşmələrə yekun vurulacaq.
Aprelin 6-da Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. ANS PRESS-in AzərTAc-a istinadən yaydığı məlumata görə, iclasda MDB çərçivəsində ötən il xarici işlər nazirlikləri arasında aparılmış məsləhətləşmələrə yekun vurulacaq, 2012-ci il üçün işlər planı müzakirə ediləcək. MDB ölkələri arasında siyasi, iqtisadi, humanitar və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələlər də diqqət mərkəzində olacaq.
XİNŞ-nın yığıncağında 2020-ci ilə qədər MDB ölkələrində bədən tərbiyyəsi və idmanın inkişaf strategiyasının icrası, MDB silahlı qüvvələrində mühəndis təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə, MDB ölkələrinin ərazisinə keçən üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması ilə əlaqədar sənədlərə əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı məsələlərinin müzakirəsi də gözlənilir.
DOSTLARINLA PAYLAŞ: