MDB ölkələrində İslam bankçılığının tətbiqi təklif olunub
02 Dekabr 2011 Cümə 14:26
İslam bankçılığının tətbiqi üçün işçi qrup yaradılacaq.
Bakıda “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda IV beynəlxalq bank konfransında MDB-nin maliyyə-bank şurası birlik ölkələrində İslam bankçılığının tətbiqi və inkişafı üçün işçi qrupun yaradılmasını təklif edib. Bu təkliflə MDB maliyyə-bank şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov çıxış edib.

"Biz MDB maliyyə- bank şurasına və Azərbaycanın Belynəlxalq Bankına işçi qrupun tərkibini müyyənləşdirməyi təklif edirik", deyə Kazakov bildirib.

O, həmçinin MDB maliyyə-bank şurasının genişləndirilməsinin vacibliyini qeyd edib.

"Hazırda maliyyə - bank şurasına birlik ölkələrinin 15 bankı təqdim edilib. Biz təşkilatın tərkibinin MDB-nin iri bankları hesabına genişləndirilməsində maraqlıyıq. Bizim layihələrin reallaşdırılmasının effektivliyini artırmaq lazımdır", deyə koordinasiya şurasının sədri vurğulayıb.

Bundan əlavə, Kazakov Azərbaycanı Gömrük İttifaqına (Rusiya, Belarus, Qazaxıstan) qoşulmağa çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar