MDB müşahidə missiyası referenduma müsbət rəy verib
19 Mart 2009 Cümə Axşamı 11:20
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı dünən baş tutmuş referendum ölkə qanunvericiliyinə və MDB məkanında ümumxalq səsverməsinə qarşı ümumi qəbul olunmuş yanaşmalara uyğun şəkildə keçirilib.
APA-nın məlumatına görə, bu fikir referendumun gedişini izləmiş MDB müşahidə missiyasının açıqladığı rəydə öz əksini tapıb. Müşahidə missiyası referendumun azad və şəffaf şəkildə keçirildiyini bildiriblər: “Bu ümumxalq səsverməsi Azərbaycanın ictimai həyatının daha da demokratikləşməsi istiqamərində mühüm bir faktordur. Ümumxalq səsverməsi ölkənin suverenliyinin əsaslarını möhkəmlədib, stabil sosial-iqtisadi inkişafın əsasına çevrilib”. Qeyd edək ki, MDB müşahidə missiyasının üzvləri 12 şəhər və rayon səsvermənin gedişini izləyiblər. Yekun rəydə səsvermə prosesinin sakit və yüksək seçici fəallığı fonunda keçdiyi, MSK-nın effektiv fəaliyyət göstərdiyi qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar