MDB liderləri Yaltada razılığa gəlib
10 İyul 2010 Şənbə 21:35
Tərəflər "Azad ticarət zonasının yaradılması haqqında" yeni Saziş üzərində çalışacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvləri, 6 ölkənin prezidentləri bu gün Yaltada keçirilən qeyri-rəsmi sammit çərçivəsində "Azad ticarət zonasının yaradılması haqqında" yeni Saziş üzərində çalışmaların davam etdirilməsinə dair razılığa gəlib.
“Toplantıda ”Azad ticarət zonasının yaradılması haqqında" yeni Saziş üzərində aktiv işlərin davam etdirilməsi və bu məsələnin MDB dövlət başçılarının növbəti iclasında nəzərdən keçirilməsinə dair razılıq əldə edilib”,- deyə görüş iştirakçılarının birgə bəyanatında deyilir.
Həmçinin Ukrayna prezidenti Viktor Yanukoviçin iclas iştirakçılarına MDB çərçivəsində iqtisadi əməkdaşlığı sürətləndirməyin mexanizmlərini müzakirə etməyi, eləcə də nəqliyyat və turizm sahəsində müştərək layihələrin həyata keçirməyi təklif etdiyi bildirilir.
Qeyd edək ki, Yaltada yerləşən Levadiya Sarayında təşkil edilən görüşdə Ukrayna dövlət başçısı Viktor Yanukoviç, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: