MDB Azərbaycandakı seçkidən razı qalıb
08 Noyabr 2010 Bazar Ertəsi 11:30
Sergey Lebedev: “Biz parlament seçkisinin şəffaf keçirilməsindən razıyıq”.
"MDB müşahidə missiyası Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən və parlament seçkisinin şəffaf keçirilməsindən razı qalıb". Bu barədə seçkinin yekununa dair mətbuat konfransında missiya rəhbəri Sergey Lebedev deyib.
Missiya rəhbəri müşahidəçilərə göstərilən diqqəti xüsusi qeyd edib. Onun sözlərinə görə, seçki prosesi haqqında lazımi sənədlər və məlumatlar maneəsiz, sərbəst şəkildə təqdim olunub.
“Biz buraya Aazərbaycan rəhbərliyinin dəvəti ilə gəlmişik və oktyabrın 18-dən seçki vəziyyətini müşahidə etmişik. Missiyanın tərkibinə 352 təcrübəli müşahidəçi daxil olub”, - deyə Sergey Lebedev qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: