MBASK jurnalistləri mükafatlandırdı
13 Avqust 2010 Cümə 16:15
MBASK jurnalistləri mükafatlandırdı. ANS PRESS-in əməkdaşı da mükafatçılar sırasında idi.
Bu gün MBASK sığorta şirkətinin Azərbaycanda bu sahənin inkişafı ilə bağlı aktual problemlər barədə əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə jurnalistlər üçün elan etdiyi “Azərbaycanda sığorta mədəniyyəti” adlı müsabiqə başa çatıb.
Qeyd edək ki, müsabiqədə 17 jurnalist iştirak edib. Onlardan üç nəfər qalib elan olub. Bundan başqa bir neçə jurnalist də həvəsləndirici mükafata layiq görülüb.
Müsabiqəyə təqdim olunan məqalələr MBASK ASC-nin idarə heyəti sədrinin birinci muavini Rəşad Abbasov, Azərbaycan Sığorta Şirkətləri Assosiasiyasının icracı direktoru Qafar Məcidov, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevdən ibarət üç nəfərlik komissiya tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti qalibləri müəyyənləşdirmək üçün məqalələrdə sığortanın cəmiyyət və fərdlər üçün əhəmiyyətinin izahını, sığortanın sosial təsirini aktual faktlarla əsaslandırılmasını, sığorta sahəsinda inkişaf perspektivləri, yarana biləcək problemlərdən cıxış yollarını əks etdirən meyarları nəzərə alıblar.
Qeyd edək ki, "anspress.com" portalının əməkdaşı Aqşin Rafiqoğlu da mükafat alanlar sırasında olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: