Maykl Ceksonun meyidini ekspertiza edən həkimlər şok keçirdiklərini etiraf ediblər. Belə ki, müğənni vəfat etdiyi 51 kq çəkidə olub. Onun bədənində çoxlu sayda iynə yaraları var imiş.
Mignews-un Sun qəzetinə istinadən verdiyi məlumata görə, pop-ulduzun mədəsində həddindən çox dərman tapılıb. İynələrin izlərinin çox olması isə Ceksonun ağrıkəsicilərə olan meylini göstərir. Bu dərmanları o bir neçə il ərzində gündə üç dəfə vururmuş. Patoloji anatomiya mütəxəssisləri bildiriblər ki, Cekson parik taxırmış.
Ekspertləri əməliyyat etmək cəhdindən sonra qalan izlər də təəcübləndirib. Həkim Ceksonun ürəyinə adrenalin vurmaq istəyəndə dörd dəfə səhv edib. Bədəndə həm də əməliyyat zamanı boru qoyulması zamanı oksigen yastığından əmələ gələn zədə də aşkar olunub.
Bununla belə, Maykl Ceksonun qorxunc zahiri görünüşünə baxmayaraq, ilk ekspertiza göstərib ki, onun orqanizmi dəri xərçənginin əməliyyatından sonra yaxşı bərpa olunub.
Qeyd edək ki, Maykl Ceksonun meyidi ailəsinin təkidi ilə təkrar müstəqil tibbi ekspertizadan keçirilib. Xatırladaq ki, testlərin ilkin nəticələrinə görə, meyidin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Amma bəzi KİV-i Maykl Ceksonun öldürülməsi versiyasını da istisna etmir.
Məsələn Rusiyanın "Vzqlyad" qəzeti müğənninin öz əcəli ilə bu günyanı tərk etməsi versiyasına inanmır. Qəzet hesab edir ki, müğənnini sağlamlığına görə verə bilməyəcək konsertin yarım milyard pulunu qaytarmamaq üçün "öldürüblər". Qəzet yazır ki, Maykl Ceksonun Londonda 10 konsert proqramı ilə çıxış etməsi barədə məlumat bir neçə ay bundan əvvəl yayıldı. Daha doğrusu konserti vermək barədə müğənni özü deyil, təşkilatçılar məlumat veriblər. Bununla əlaqədar Cekson Londonda keçirilən hansısa mətbuat konfransında "göründü" və konsert barədə bir-iki cümlə dedikdən sonra uzun müddət susdu. Konser barədə bu dəfə də yalnız təşkilatçılar danışırdır.
Qeyd edək ki, nəzərdə tutulan biletlərin bir neçə saniyə ərzində satılması təşkilatçıları ruhlandırdı və onlar daha 11 konsert əlavə edərək biletin qiymətini qaldırdılar. Sonda isə konsertlərin sayı 50-ə çatır. 750 min bilet çox baha qiymətə-600 dollara satılır. Bu da çox böyük məbləğ edir-450 milyon dollar edir.
Qəzet yazır ki, şou-buznesə yaxın olan insanlar Maykl Ceksonun 50 konsert vermək gücündə olmadığını yaxşı bilridilər. Maykın 50 yaşı var və o ağır xəstədir və son 11 ildə heç bir konsert verməyib. Bu konsertlə bağlı məlumatlar əvvəldən avantüraya oxşayırdı. Konsertin keçirilməyəcəyi əvvəlcədən məlum idi.
Qəzet hesab edir ki, konsert təşkilatçılarının 3 varinatı var idi. 1-ci variant konsertləri təxirə salmaq-amma onda gərək biletlərə ödənilmiş pullar geri qaytarılmalıdır. Amma, bu mümkün deyildi. Çünkü məbləğ böyük idi-yarım milyard dollardır. İkinci variant isə "Elvisin qayıtması" variantı-onda da bir neçə konsert baş tutacaqdı və sonradan biletlər kütləvi şəkildə geri qaytarılacaqdı. Bu da mümkün olası bir şey deyildi-çünkü ortada yarım milyard pul var idi. Onda təşkilatçılar bu boyda məbləğdən ötrü 3-cü varianta əl atmağı düşünürlər. Mayk Cekson ona güclü ağrıkəsici iynə vurulduqdan sonra ölüb. Qəzet hesab edir ki, müğənninin pərəstişkarları Mayklın ölüm xəbərindən təsirləndikdən sonra bileti geri qaytarmayacaqlar. Bu biletlər Londonda konsert verməyə hazırlaşan və konsertdən əvvəl vəfat edən Maykl Ceksonun konsertinə satılmış biletlərdir. Bu səbəbdən qəzet iddia edir ki, Maykl Ceksonu öldürüblər.
11 ildir ki, səhnəyə çıxmayan Cekson 2001-ci ildən etibarən yeni mahnılar yazdırmır - çünki səhhəti buna imkan vermir... O, yalnız “Neverland” rançosuna, 3 övladına və sağlamlığına bütün vaxtını sərf eləməyə başlayır. Dəfələrlə səhnəyə qayıdışını elan etsə də məhkəmə çəkişmələri bunu arxa plana çəkib. Nəhayət ki, bu ilin martında Maykl Cekson qayıdışının konkret proqramını açıqladı - pop-kralın sonuncu dünya turnesi iyulun 13-dən Böyük Britaniyanın paytaxtı Londondan başlamalı idi. Ekspertlərin sözlərinə görə, bu turnedən qazancı onun 11 illik fəaliyyətsizliyi nəticəsində yığılan yarımmilyard dollara yaxın borcunun ödənilməsini təmin edəcəkdi. Turneni sığortalamaq üçün Maykl Cekson hətta 6-saatlıq alçaldıcı həkim yoxlanışından da keçməli oldu. Bir səslə “Sağlamdır!” kəlməsini işlədən həkimlər hazırda çaşqınlıq içindədirlər. Pop-kralın ölümünə səbəb yox idi. Bəlkə bu məsələyə bir neçə həftə sonra autopsiyanın nəticələri aydınlıq gətirəcək.
Qeyd edək ki, Maykl Ceksonun uşaqlarının 42 yaşlı dayəsi Qreys Ruaramba bildirib ki, pop-musiqinin kralı yalnız 10 konsert vermək barədə müqavilə imzalayıb. Onun 50 konsert verəcəyi barədə heç bir məlumatı yox idi" deyə Q.Ruaramba bildirib.Əlavə edək ki, Qreys Ruaramba Maykl Ceksonun ailəsində 10 ildən artıqdır ki, işləyir. O müğənninin 3 uşağını-Prins Maykl, Peris və Prins Maykl 2-ni böyüdüb.
Mütəxəssislərin rəyincə, Maykl Cekson fenomen idi. Və hər bir fenomenə xas olduğu kimi, onun da qədrini bəşəriyyət yalnız 26 iyundan, ölümündən sonra biləcək - Elvis Presli, “Bitls”, “Abba” və digərləri kimi... Amma dahilər də adi insanlar kimi ölümündən sonra yalnız ekranda canlana bilərlər... Həyatda deyil...
/ANS PRESS/