Mavritaniya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 2010 Cümə 11:40
Məhəmməd Uld Əbdüləziz “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləziz bu gün Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Məhəmməd Uld Əbdüləziz “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq və quruculuq işləri barədə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar