Masallı rayonunda ağır yol qəzası ölümlə nəticələnib
22 İyun 2009 Bazar Ertəsi 12:55
“Moskviç”in sürücüsü 47 yaşlı Sabir Novruzov ölüb, oğlu Vasif isə yaralanıb

Masallı rayonu ərazisində öülmlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Masallı rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 11.00 radələrində rayonun Təzə Alvadı kəndi ərazisində “Moskviç” və “Tatra” yük avtomobilləri toqquşub. Nəticədə “Moskviç”in sürücüsü 47 yaşlı Sabir Novruzov hadisə yerində ölüb, onun 22 yaşlı oğlu Vasif Novruzov isə xəsarət alıb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsi əməkdaşları araşdırma aparır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar