Martın 23-24-də EURONEST-in ilk yığıncağı keçiriləcək
02 Mart 2010 Çərşənbə Axşamı 12:55
Martın 23-24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaradılan parlament assambleyasının (EURONEST) ilk yığıncağı keçiriləcək.
APA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, assambleyada Avropa Birliyi ölkələrindən 60 və “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdən 60 olmaqla, ümumilikdə 120 parlamentar təmsil olunacaq.
Xatırladaq ki, 2009-cu il mayın 7-də təsis olunan “Şərq tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus iştirak edir. APA
DOSTLARINLA PAYLAŞ: