Mart ayı Vaşinqtonda Azərbaycan Mədəniyyət ayı elan oluna bilər
29 Sentyabr 2010 Çərşənbə 12:50
Bununla bağlı “Qarabağ” Fondu Vaşinqton şəhərinin meriyasına müraciət edib.
ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu Vaşinqton şəhərinin meriyasına 2011-ci ilin mart ayının Azərbaycan Mədəniyyəti ayı elan olunması üçün müraciət edib. Fonddan ANS PRESS-ə verilən məlumata görə, hal-hazırda bu istiqamətdə danışıqlar davam etdirilir. Oktyabr ayında Fond Qarabağ bölgəsinin mətbəxinə dair kulinariya kitabının çapını və təqdimatını planlaşdırır.
Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: