Marin Le Pen: “Fransa ermənilərdən əvvəl Əlcəzair soyqırımını qəbul etməlidir”
07 Mart 2012 Çərşənbə 02:08
Fransız partiya lideri qeyri-adi çıxışı ilə erməniləri şoka saldı.
Fransada sağçı “Front National” (Milli Cəbhə) partiyasının lideri qeyri-adi fikirlə çıxış edib. Ölkənin “TF1” kanalındakı “Namizədin sözü” adlı verilişdə çıxış edən Marin Le Pen Fransanın erməni “soyqırımından” əvvəl Əlcəzairdə Fransa ilə birlikdə mübarizə aparmış Hark ərəblərinin qətliamını qəbul etməli olduğunu deyib.

“İkinci dünya müharibəsindən sonra Əlcəzairin Fransaya qarşı apardığı istiqlal savaşında fransızlarla birlikdə əlcəzairlilərə qarşı mübarizə aparan və Hark kimi tanınan müsəlman ərəblərə qarşı törədilən qətliamları mənim partiyam da daxil sağ, sol heç bir partiya tanımayıb. Fransanı idarə edənlər erməni “soyqırımından” əvvəl bu qətliamları qəbul etməlidir”.

Erməni diasporunun hiddətinə səbəb olmuş bu açıqlama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Əlcəzair soyqırımı çıxışı ilə Fransanın gündəminə gəlmiş bu mövzunu yenidən qızışdırdı.

Fransada yaşayan bəzi əlcəzairli QHT-lər isə artıq Fransanın keçmişi ilə üzləşməsini tələb edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar