Maqdeburqda alman müəllif Xocalı haqqında kitabını təqdim edib
24 Mart 2012 Şənbə 00:55
Tədbirdə Qarabağ tarixi və Xocalı qırğını barədə ətraflı məlumat verilib.
Martın 21-də Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar alman müəllifi Rolf Kunşun ermənilərin törətdikləri bu dəhşətli cinayətdən bəhs edən kitabının təqdimatı olub. Təqdimat mərasimi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi və Zaksen-Anhalt torpağındakı “Almaniya-Azərbaycan” Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbir iştirakçılarına Qarabağın tarixi, onun 1828-ci ildə Rusiya imperiyasının tərkibinə daxil edilməsi və ermənilərin İrandan buraya köçürülməsi, ermənilərin Azərbaycan torpaqlarına iddiaları, münaqişənin tarixi, 1918-ci il soyqırımı və 1992-ci ildə Xocalı qırğını barədə ətraflı məlumat verilib.
Görüşdə kitabın müəllifi Rolf Kunş və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Nurçin Əliyev çıxış ediblər. Sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.
DOSTLARINLA PAYLAŞ: