MAQATE Azərbaycanda dozimetrik laboratoriya açacaq
12 Fevral 2010 Cümə 12:40
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) Azərbaycanda dozimetrik laboratoriya açacaq.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, uzunmüddətli danışıqların nəticəsi olaraq 2010-cu il ərzində MAQATE Azərbaycan dozimetrik laboratoriya açmaq qərarına gəlib: «Sözügedən laboratoriyada rentgen və şüalar müəyyən standartlar və normalara dair ölçüləcək».

Qeyd edək ki, hazırda layihənin həyata keçirilməsi üçün müvafiq işlər həyata keçirilir. Laboratoriya üçün yer ayrılıb və orada MAQATE-nin müvafiq avadanlıqları quraşdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar