Malta Qəddafinin qızının təyyarəsini eniş etməyə qoymadı
25 Fevral 2011 Cümə 03:41
Aişə Qəddafi: “Mən vətəndə ölmək niyyətindəyəm”
Liviya lideri Müəmmər Qəddafinin yaxın qohumlarının olduğu şəxsi reaktiv təyyarə Malta adasının hava limanına eniş etmək istəyib. Məlumatı “Əl Cəzirə” telekanalı yayıb. Məlumata görə, təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən, Müəmmər Qəddafinin qızı Aişə olub.

Pilotlar dispetçerlərdən eniş icazəsi istəyiblər və bildiriblər ki, təyyarənin yanacağı bitmək üzrədir. Lakin Malta tərəfi enişə icazə verməyib və Qəddafinin qohumaları Liviyaya qayıtmalı olublar.

Bundan sonra Aişə Qəddafi Liviya televiziyası ilə çıxış ediğö O, bəyan edib ki, atası kimi vətəndə ölmək niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar